:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“MTV” mükafatlarının qalibləri müəyyənləşdi

Font

Avqustun 27-də Kaliforniyada illik "MTV Video Music Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Gecədə Keti Perri, Alessandra Ambrosio, Peris Cekson, Haydi Klum, Vanessa Hacens, Pink və bir çox digər ulduzlar iştirak edib.

Mərasimə əvvəlcədən hazırlıq görən ulduzların bir çoxu gecə üçün seksual kostyumlar seçib. 44 yaşlı məşhur model Haydi Klum, həmkarı Alessandra Ambrosio, müğənni Demi Lovato, Nikki Minaj, Peris Cekson, Heyli Bolduin transparan və dərin dekolteli libasları ilə diqqət çəkib.

Qalmaqallı müğənni Mayli Sayrus isə sadə dəstlərə üstünlük verib. Keti Peri ilə Pink gecə ərzində bir neçə libas dəyişib.

Qaliblərin siyahısını təqdim edirik:

Yayın mahnısı - Lil Uzi Vert, "XO Tour Llif3”

İlin videosu – Kendrik lamar, "HUMBLE”

İlin artisti - Ed Şiran

Ən yaxşı yeni artist – Xalid

Ən yaxşı musiqi əməkdaşlığı – Teylor Svift və Zeyn malik "I Don't Wanna Live Forever”

Ən yaxşı pop-video - "Fifth Harmony ft. Gucci Mane, Down”

Ən yaxşı hip-hop-video - Kendrik Lamar, "HUMBLE”

Ən yaxşı rəqs videosu - Zedd və Alessiya Kara, "Stay”

Ən yaxşı rok-video - "Twenty One Pilots”, "Heavydirtysoul”

Ən yaxşı operator işi - Kendrik Lamar, "HUMBLE”

Ən yaxşı rejissor işi - Kendrik Lamar, "HUMBLE”

Ən yaxşı vizual effektlər - Kendrik Lamar, "HUMBLE”

Ən yaxşı xoreoqrafiya - Кenye Uest, "Fade”

Ən yaxşı montaj - Yanq Taq, "Wyclef Jean”

Maykl Ceksonun adına”Jackson Michael Video Vanguard Award” mükafatı - Pink