:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Varlı ərəb turistləri Bergüzar Korel üçün daha nələri etdilər

Font

Ərəblər Bergüzar Koreli görmək üçün işçilərinə rüşvət təklif edib.

Türkiyə mətbuatı xəbər verir ki, aktrisa dünən özünə aid olan "Just Coffee” adlı kafedə dostları ilə görüşüb. Ulduz jurnalistlərə verdiyi açıqlamada ərəb fanatlarının onunla görümək üçün etdiyi hərəkətlərindən danışıb.
Sevilən kino ulduzu bildirib ki, ərəb pərəstişkarları onu görə bilmək üçün son vaxtlarda tez-tez kafesinə üz tutur:
"Əvvəllər buranı necə tanıdıqlarını bilmirdim, sonradan öyrəndik ki, tur şirkətləri bunu ticarətə çevirib. Hətta biri bu yaxınlarda klubun əməkdaşlarına pul da təklif edərək "Bərgüzar xanım kafeyə gəldiyi günlər bizə xəbər verin" deyib. Mənim üçün ərəb də, argentinalı da fanatlarım eynidir. Ayrıseçkilik etmirəm”.