:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İslamı qəbul edib şahzadə ilə evləndi - FOTOLAR

Font

Hollandiyalı sabiq futbolçu Dennis Verbaas sevdiyi xanımla evlənmək üçün İslamı qəbul edib, müsəlman olub. Xanımın və onun valideynlərinin nikahla bağlı qəti tələbləri, şərti belə idi.

28 yaşlı Dennis Verbass İslamı qəbul edəndən sonra ad və soyadını dəyişərək Dennis Məhəmməd Abdulla olub. Yalnız bundan sonra o, sevgilisi, malayziyalı şahzadə Tunku Tun Əminə Sultan İbrahimlə evlənib.

Milli.az bildirir ki, nikah mərasimi və toy Malaziyadakı Cohor-Baru şəhərində olub.

Cohor-Baru Malayziyadakı Cohor sultanlığının paytaxtıdır.

Gəlin Tunku Tun isə sultanlığın hökmdarı, sultan İbrahim ibn əl Məhrum Sultan İsgəndərin yeganə qızıdır.

Yerli adət-ənənəyə uyğun olaraq, təzə bəy gəlinin ailəsinə "süd pulu" ödəməli idi. Fəqət, Hollandiyanın Amsterdam şəhərinin yaxınlığındakı Lisss şəhərinciyindən olan Dennis kasıb, gəlin isə milyarder sultanını qızı olduğundan "süd pulu" simvolik məbləğdə, 22,5 rinqit, yəni 10 dollar həcmində olub.

28 yaşlı Dennis 31 yaşlı Tunku Tun Əminə ilə kafedə tanış olmuşdular. Həmin dönəmdə Dennis Sinqapurun futbol yığmasında marketinq üzrə menecer işləyirdi.