:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq

Font

Bondiadanın prodüseri Barbara Brokkoli britaniyalı aktyor Daniel Kreyqlə "Agent-007” rolunu nəinki bir, hətta iki filmdə oynamaq barədə razılığa gəlib.

Xarici KİV-lər xəbər verir ki, Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.
Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər. Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu ilin noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.
Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.
Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə "Kazino "Royal” filmində canlandırıb.