:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanlı aktrisa Türkiyədə öldü

Font

Gənc aktrisa Mila Əminə vəfat edib.

Musavat.com xəbər verir ki, meningit xəstəliyinə düçar olan aktrisa müalicə üçün Türkiyəyə yollanıb. Orada isə Mila komaya düşüb və dünyasını dəyişib.

Qeyd edək ki, "Maqazın plus" verilişinin aparıcısı olan Mila bir neçə ekran işində də rol alıb. O, tez-tez açıq-saçıq geyimləri ilə gündəmə gəlirdi.

"Mila Əminənin nəşi Türkiyədə torpağa tapşırılacaq".

Bu sözləri aktrisanın yaxın dostu Sevinc Şirinova deyib. Onun sözlərinə görə, buna səbəb cəsədin Türkiyədən Azərbaycana gətirilməsi üçün kifayət qədər vəsaitin olmamasıdır: "Mətbuata çox təşəkkür edirəm ki, rəfiqəmin faciəsini işıqlandırır. Çünki Milanın ən yaxınları, qohumlarının çoxu hələ də hadisədən xəbərsizdirlər.
Milanın anası hazırda şok keçirir. Buna görə də onun nə süni nəfəs aparatından ayrılmasına, nə də orqanlarının bağışlanmasına icazə verilir. Anası Türkiyə vətəndaşı olduğu üçün rəfiqəmin nəşi oradakı kimsəsizlər qəbiristanlığında basdırılacaq. Ancaq biz bunu istəmirik. Cəsədin təyyarə ilə ölkəyə gətirilməsi üçün 5000 manat vəsait tələb edilir. Buna görə də imkanlı şəxslərə müraciət edərək kömək istəyirəm ki, heç olmasa, Milanın məzarı bizim yanımızda olsun”.