:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qarpız bəhməzi icad olundu - Min dərdin dərmanı

Font

Türkiyənin Adana şəhərində 2 illik təcrübədən sonra "Super bəhməz" adını verdikləri qarpız bəhməzi hazırlayıblar.

Türkiyə KİV-ləri xəbər verir ki, Adanada Yüreğir Bələdiyyə başçısı Mahmud Çelikcan patentini alacaqları "Süper Bəhməz" sayəsində qarpızların tarlada qalmayacağını və iqtisadiyyatı 70 milyon dollar qazancla təmin edəcəklərini bildirib. Türkiyənin qarpız istehsalının 20 faizini həyata keçirən Adanada tarlada qalan qarpızın istehlaka və iqtisadiyyata qazandırılması üçün işlər artıq başlayıb. Yüreğir Bələdiyyəsinin Təcrübə mətbəxində davam etdirilən 2 aylıq təcrübədən sonra sərinləşdirən ləzzəti ilə yay aylarının imtina edilməz məhsulu olan qarpızdan "Super bəhməz" ərsəyə gətirilib.

"Super bəhməz" adı verilən qarpız bəhməzi elmi araşdırma və analiz edilməsi üçün Çukurova Universiteti ilə Adana Elm və Texnologiya Universitetinə göndərilib. Analizlərin cavabına görə, "Super bəhməz"in ürək damar xəstəliklərindən tutmuş, xərçəng riskinin azaldılmasına qədər bir çox xəstəliyə qarşı yüksək mineral və qida elementləri özündə ehtiva etdiyi məlum olub.

Tibbi ekspertlərdən tam müsbət cavab alan "Super bəhməz"in özündə ürək və damar xəstəlikləri üçün mühüm olan dəmir, fosfor, maqnezium minerallarının yüksək nisbətdə saxladığı, xərçəngə qarşı qoruyucu olaraq bilinən likopen maddəsi, həzmi asanlaşdıran fiziki lif ilə A və C vitaminlərinin digər bəhməzə nisbətən on qat çox olduğu ifadə edilib.

Bəs, qarpız bəhməzi necə hazırlanır?

Qarpızın suyu qabığından ayrılıb sıxıldıqdan sonra sücgəcdən keçirilib tərtəmiz aydın bir vəziyyətə gətirilir. Qazana tökülən qarpız suyu 8-10 saat arasında qaynadılır. Qaynadıqca buxarlanan qarpız suyu bəhməzə çevrilir.