:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tanınmış aktrisa jurnalın üz qabığına çılpaq çəkildi

Font

"Amerika ailəsi” serialının aktrisası Sofiya Verqara ənənəvi olaraq hər il çıxan "Womens Health” jurnalının yeni nömrəsinin qəhrəmanı olub.

Aktrisa üz qabığına tamamilə çılpaq çəkilib. İntim yerlərini isə əlləri ilə örtən ulduz bədəni ilə fəxr etdiyini də gizlətməyib:
"Sizin qarşınızda öz bədənini göstərə biləcək 45 yaşlı qadın var. İndi jurnalların üzünü əvvəlki kimi ancaq gənc qızlar bəzəmir”.
Aktrisa müsahibəsində onu da vurğulayıb ki, artıq heç vaxt gənclik illərindəki kimi gözəl ola bilməyəcəyini anlayıb.
Mənim 45 yaşım var. Hətta sən bütün qəlbinlə arzulasan da, bu yaşda artıq ideal görünə bilməzsən. Buna görə həyata nifrət etmirəm, amma bu fakt reallıqdır və buna görə kədərlənirəm. Biz dəyişmişik. Bunun necə baş verdiyini görürəm. Mən öz yaşımda, eyni zamanda gözəl görünmək istəyirəm. Düşünürəm ki, əgər sən daim cavan görünmək istəyi üzərində baş sındırsan, yavaş-yavaş dəli olarsan. İnsanlar sənə deyirlər ki, sən 20 yaşında görünürsən, amma bu doğru deyil. Dəri artıq tamam başqa cür olub. Mən əvvəllər heç vaxt dəri məsamələrinin nə olduğunu bilməmişəm, indi isə bilirəm".
Buna baxmayaraq aktrisa həqiqətən də yaşına görə çox görünür. Bunun üçün o, sevməsə də həftədə üç-dörd dəfə idmanla məşğul olur:
"Bu, mənimçün sadəcə işgəncədir. Məşqdən əvvəl, məşq zamanı və məşqdən sonra əhval-ruhiyyəm pis olur. Amma Co bizim evdə çox gözəl idman zalı tikdirib, odur ki, heç bir bəhanələrim yoxdur. Bədənin gözəlliyi əzələlərdir. Məndə onlar yoxdur, amma bu, mənə lazım deyil, çünki fitnes-modeli deyiləm. Üstəlik, bunun üçün çox səy göstərmək tələb olunur, mən isə kifayət qədər möhkəm deyiləm. Dizlərim və sümüklərim zəifdir. Mənə idmançı bədəninə sahib olmaq istərdim, amma mənim kimi belə nəhəng sinə ilə doğulmusansa... Sinəm yeniyetməlik yaşlarından bəri eyni böyüklükdədir, hamilə olduqdan və doğduqdan sonra o bir qədər də böyüdü”.