:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gələn həftə “düşən ulduz” axını olacaq

Font

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.
AMEA-dan "Report"a verilən məlumata görə, meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir.
Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir. Keçən ildən fərqli olaraq, bu il sakinlər daha az "düşən ulduz” görəcəklər.
Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, bu il orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.