:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Röya və Nigar Camalın “Jara”da ehtiraslı rəqsi - FOTO-VİDEO

Font

Xəbər verdiyimiz kimi ötən həftə Bakıda ümumilikdə 80 müğənninin iştirak etdiyi "Jara” Beynəlxalq Musiqi festivalı keçirilib.

Festivalda Rusiya şou-biznesinin ulduzları ilə bərabər azərbaycanlı ifaçılar da iştirak edib. Yerli ifaçıların çıxışları bir çox məqamlarla yadda qalıb. "Eurovision 2014” qalibi Nigar Camalın Dima Bilanla, əməkdar artist Röya Ayxanın isə Miri Yusiflə duetləri tamaşaçılara unudulmaz anlar yaşadıb. Adlarını çəkdiyimiz udluzların duetləri və səhnə performansları sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Xüsusilə festivalın 3-cü günündə çıxış edən Nigar Camalın Dima ilə "Obnimi menya” (Qucaqla məni) mahnısını oxuyarkən sözlərinə uyğun olaraq həmkarını ayağı ilə qucaqlaması müzakirə mövzusu olub.
Festivalın sonuncu günü səhnəyə çıxan Röyanın eyni hərəkəti Miri Yusiflə "Səndən 1 dənədir” kompozisiyasında təkrar etməsi də diqqət çəkib. Bundan əlavə hər iki xanım ulduzumuzun səhnə kostyumlarının fasonları bir-birinə oxşar olub.