:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Burak Özçivit REKORD qiymətə reklama çəkildi

Font

Yaxın şərqdə çoxsaylı pərəstikarları olan Burak Özçivit siması olduğu "Emaar” şirkətinin reklam çəkilişlərindən 5 milyon TL (təxminən 2,5 milyon manat) qazanıb.

Türkiyə mətbuatı xəbər verir ki, "Möhtəşəm 100 il”, "Çalıquşu” və "Qara Sevda” kimi seriallar sayəsində Yaxın Şərqdə böyük şöhrət qazanan Burak Özçivit Dubay şeyxi Əl Maktumun sahibi olduğu "Emaar Square Mall”ın siması seçilib.
Aktyor iki gün davam edən çəkilişlərdən 5 milyon TL qazanıb. Burak Özçivit baş rolda Murad Boz və Pınar Dənizlə çəkildiyi "Qardaşım mənim” filminin ikinci hissəsinin şəkilişlri bitdikdən sonra Dubaya gedəcək və təqdimatlara iştirak edəcək. Üç günlük Dubay səfəri çərçivəsində Burak Özçivit televiziya proqramları yanaşı, pərəstişkarları ilə görüşüb imza paylayacaq.
Məlumat üçün bildirək ki, yaraşıqlı aktyor ona gələn serial təkliflərini qiymətləndirməyi düşünür. O, bəyəndiyi ssenarilərdən biri seçib yeni mövsümdə yenidən pərəstişkarlarının qarşısına çıxacaq.