:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xəzər Dənizi sahilində baş tutan MÖHTƏŞƏM “JARA” festivalının açılışı

Font

Dünən Xəzər dənizi sahilində "Sea Breeze” kurort mərkəzində çoxdandır səbirsizliklə gözlənilən Beynəlxalq "Jara” (İsti) Musiqi Festivalı keçirilib.

Müğənni Emin Ağalarov, Qriqoriy Leps və Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən festivalda Rusiyanın, eləcə də yerli şou-biznesin tanınmış simaları iştirak edib. Festivalın aparıcıları Andrey Malaxovla Yana Çurikova olub.
Emin Ağalarov festivala əkizləri Əli və Mikayılla birlikdə gəlib.
Musiqi festivalının açılışında Vera Brejneva, Qriqoriy Leps, Aleksey Vorobyov, Loboda, Ani Lorak, Yolka, Aleksandr Revva, Eqor Krid, Potap və Nastya Kamenskix, İrina Dubçova və başqaları çıxış edib.
Məlumat üçün onu da bildirək ki, festivalda ümumilikdə 80-dən artıq artist çıxış edəcək. Qarşıdakı konsertlərdə Dima Bilan, Valeriya, Kristina Orbakayte, Filipp Kirkorov, Valeriy Meladze, "A-studio" qrupu, Sergey Lazarev, Natalya İonova və bir çox başqalarının çıxışı planlaşdırılıb.