:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Emin Ağalarov dünya şöhrətli qrupu Bakıya gətirdi - FOTO/VİDEO

Font

Məşhur ifaçı Emin Ağalarov instaqram səhifəsindən dünya şöhrətli "Rammstein” qrupunun solisti Tille Lindemannın Azərbaycanın paytaxtı Bakıda olduğunu xəbər verib.

Emin Ağalarov dünya şöhrətli alman vokalçısının iyulun 27-dən 30-dək Bakıda keçiriləcək beynəlxalq "Jara" musiqi festivalında iştirak edəcəyini bildirib. Tanınmış bəstəkar və musiqiçi T.Lindemannı festivalın "İlk inanılmaz qonağı" kimi təqdim edib.

Məlumat üçün bildirək ki, kult alman rok qrupu "Rammstein” 1994-ci ilin yanvarında Berlində yaranıb. Metal musiqi topluluğuna daxildir. Janrları industrial metal tərzindədir. Əksəriyyəti almanca mahnılardan təşkil olunsa da ingilis, ispan, rus və fransız dilində də mahnıları var. 1994-cü ildə qurulan qrupun dünya üzrə 35 milyon albom satılıb. "Rammstein" ABŞ daxil olmaqla bir çox ölkələrdə mükafatlar qazanıb, səhnə şoularıyla məşhurlaşıb. Qrup öz adını Ramstein hava qəzasından götürüb. Və qarışıqlığa yol açmaması üçün "m" hərfi əlavə edilib.

Qrupun tərkibi heç vaxt dəyişməyib.