:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı metrosunda sərnişinlə polis arasında mübahisə: "Paqonlarını çıxardaram" - VİDEO

Font

Bakı metrosunun "28 May" stansiyasında narkotik vasitə qəbul etdiyi iddia edilən şəxslə polis əməkdaşı arasında mübahisə düşüb.

Publika.az bildirir ki, sosial şəbəkələrdə yayılan videoda polis əməkdaşı ictimai asayişi pozan şəxsə yaxınlaşaraq qaydalara əməl etməyi tələb edib.

Adekvat olmayan sərnişin isə polis əməkdaşına hədə-qorxu gəlməyə başlayıb.

"Kimin sözü varsa, üzümə desin, mən də onun paqonlarını çıxarım atım kənara", - deyə narkotik vasitə qəbul etdiyi iddia edilən şəxs bildirib.