:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hadisə şəxsi həyatı haqqında sirlərini açdı

Font

Hadisə aşiq olanda daxili harmoniyasının pozulduğunu etiraf edib.

Türkiyə mətbuatı xəbər verir ki, məşhur müğənni "Elle” jurnalına müsahibə verib. Müsahibədə şəxsi həyatı haqqında maraqlı açıqlamalar verən 31 yaşlı ifaçı sevdiyi kişidən uşaq dünyaya gətirmək istədiyini də ifadə edib.
Tez-tez artıq çəkiləri ilə gündəmə gələn Hadisə mübariz ruha sahib olduğunu vurğulayıb:
"Əsl mübariz və döyüşçü ruhuna sahibəm. Başqaları "Belə olmalısan” dediyi üçün deyil, sadəcə özüm istədiyim üçün dəyişərəm. Mənə nə xoşbəxtlik gətirirsə, o cür yaşayıram. 31 yaşım var. 30-dan sonra qadınlar dünyaya uşaq gətirməyə hazır olur deyirlər, mən də bunu hiss etməyə başladım. Əgər həyatımda "Bəli, bu adamla ailə qura bilərəm” deyə biləcəyim biri olarsa, uşaq sahibi olmaq istəyərəm. Mənimlə 3-4-5 uşaq sahibi olmaqdan qorxmayacaq, bunun kefini yaşayacaq, qorxularını, məsuliyyətini, ehtirasını mənimlə yaşamaq üçün həyəcanlana biləcək bir adamla evlənmək istəyirəm".
Eşqin onu çox dəyişdirdiyini deyən sənətçi fikirlərini belə davam etdirib:
"Aşiq Hadisəni sevmirəm. Hissləri dərin, sərt və həyəcanlı yaşayıram. Bu vəziyyət daxili harmoniyamı pozur. Açığı, daxili tarazlığımın pozulmasını xoşlamıram. Hədsiz aşiq olmadan, məni anlayan, həyata eyni gözlə baxa biləcəyim biriylə olmağı üstün tuturam. Ətrafım çox geniş deyil. Yaşadığım təcrübələrdən sonra yeni dostluqlara inanmıram. Ətrafımdakı az, amma doğma adamlar üçün dünya yandırıram".