:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Telegram”la öz-özünü məhv edə bilən foto və videolar göndərmək mümkün olacaq

Font

"Telegram” messencerinin son yenilənməsində yeni funksiyalar təqdim olunub.

Avropa.info xəbər verir ki, servisin istifadəçiləri çatda avtomatik şəkildə özünü məhv edə bilən media faylları göndərə biləcəklər. Əgər istifadəçi skrinşot etmək istəsə faylı göndərən tərəfə bildiriş yollanacaq.

Silinmə taymerini quraşdırmaq üçün istifadəçilər saat ikonasına basmalıdır. Hələ ki, yeni funksiya yalnız daxili mesajlarda istifadə olunur.

Bundan əlavə yenilənmələr fotoların tez redaktə olunmasına və faylların tez yüklənməsinə imkan yaradacaq.