:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tuba Büyüküstünün sevgilisi həbsxanadan çıxdı

Font

Tuba Büyüküstünün həbsxanada olan sevgilisi Ümid Evirgen dünən təxliyə olunub.

Türkiyə mətbuatı xəbər verir ki, jurnalsitin kamerasını silahla hədə-qorxu gələrək əlindən alan iş adamı məhkəmə iclasında qapalı yerdə qalma qorxusu olduğunu bildirib. O, günahsız olduğunu etiraf edərək hakimdən son məhkəmə qərarına qədər azadlığa buraxılmasını xahiş edib. 15 il həbsi istənilən Evrigenin sonrakı iclasında Tuba Büyüküstün də şahid qismində dinləniləcək.
Ümid Evirgen kabab üçün çox darıxdığına görə həbsxanadan çıxan kimi atasına aid olan məşhur restorana gedib.
Tuba Büyüküstün isə Ümid Evirgeni bu müddət ərzində yalnız qoymayıb. Ümid Evirgenin vəkilləri ilə tez-tez görüşüb tanış olan Tuba Büyüküstün sevgilisinin İnstaqram hesabındakı şəklini bəyənərək ona dəstək vermişdi.
Qeyd edək ki, Tuba Büyüküstün 6 illik həyat yoldaşı Onur Saylakdan ayrılıqdan sonra özündən 7 yaş kiçik iş adamı ilə görüşməyə başlayıb. Tubanın Onur saylakdan 2 qızı var.