:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

3-cü nişanlısından da ayrılan Azəriqızı Güneldən TƏSİRLİ SÖZLƏR - FOTO

Font

Türkiyədə Azəriqızı ləqəbi ilə məşhurlaşan Günel Zeynallı atası Rəhman Zeynallının nə baş verməsindən asılı olmayaraq hər zaman onun arxasında dayandığını bildirib.
Sosial şəbəkədə atası ilə şəklini paylaşan müğənni ona 58 yaşı tamam olması münasibətilə təsirli status yazıb:

"Can atam, dağ atam hər zaman arxamdadır. Bu sənət yolunda da ən böyük dəstəkçim atamdır. Atam mənə musiqçi olmaqda çox kömək edib, bu sənətdə onunla birlikdə böyüdüm, biz bir-birimizi gözlərimizə baxaraq sözsüz anlayırıq. Səni çox sevirəm, atam. Allah sənə uzun ömür və can sağlığı versin. Atamın verdiyi öyüd-nəsihətləri hər zaman qulağımda sırğa edirəm. Mənə həmişə inandığın və güvəndiyin üçün sənə minnətdaram, dostum, sirdaşım atam. Əslində kişi olacaqdım, səhv olub, amma yaxşı ki, sənin qızınam, "papaşkam”! Ad günün mübarək olsun! 58 yaş nədir ki?"
Xatırladaq ki, 32 yaşlı ifaşı dünən sosial şəbəkədə insanların vəfasızlığından şikayətlənərək tək dəstəkçisinin ailəsini olduğu ilə bağlı geniş status yazmışdı. Onun həmçinin nişanlısı Cem Ozan Torunlarla ayrıldığı da üzə çıxıb.
Müğənni Cem Ozandan əvvəl İnanc Başəyməzlə nişanlı olub. Ondan əvvəl isə Günel Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla sevgili olub.