:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Kara Sevda”nın Emiri: “Qadınlar elə kişi axtarır” - FOTO

Font

"Kara Sevda”nın Emiri kimi tanınan Kaan Urgancıoğlu serialda atası rolunda çəkilən aktyor Burak Sergenlə birlikdə Bodrumda istirahət edir.

Türkiyə mətbuatı xəbər verir ki, serial bitsə də, ulduzların dostluğu bitməyib. Kaan Urgancıoğlu Bodruma sevgilisi Zeynəb Oymak, Burak Sergen isə xanımı Cansu və uşaqları ilə gəlib.
Qeyd edək ki, aktyor adıçəkilən serialda mənfi rol oynamasına baxmayaraq, xanımlar tərəfindən hədsiz bəyənilməsini belə izah edib:
"Əslində Emir bir qadına pislik edir və onun sevdiyi insanla münasibətlərinə mane olur. Amma yenə də qadınlar onu çox sevdi. Məncə, qadınlar ondan əl çəkməyən kişiləri axtarır. Emir də əl çəkmədi. Qadınların çoxu Nihanın yerində olmaq istəyərdi. Ssenaristlər insan psixologiyasını çox gözəl bilir. İnsanları manipulyasiya etməyi bacarır. Emir də ssenarinin bir xarakteridir. Məni görən hər kəs Emirin sözlərindən nə qədər təsirləndiyini söyləyir. Mən Emir deyiləm, amma hər serialdan və ya filmdən sonra eyni Kaan da olmuram”.