:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şaftalının faydası

Font

Şaftalı yay fəslinin ən dadlı və sevilən meyvələrindən biridir. Çiçək vaxtı öz gözəlliyi, yetişəndə meyvələri ilə göz oxşayır. Ağacın erkən açılan çiçəkləri bəzi ölkələrdə sevgi və bərəkət rəmzi hesab edilir.

Qədim yunan və Roma mədəniyyətində şaftalının latınca adı "İran alması" mənası verir. Onun Makedoniyalı İsgəndərin sayəsində Yunanıstandan keçərək Ağdəniz hövzəsinə və İrana yayıldığını fərz edirdilər. Ancaq Çinin şimal bölgələrində miladdan əvvəl 3 mininci illərdən etibarən şaftalının yetişdirildiyi məlumdur.
Mifiologiyada uzun ömür və ölümsüzlük simvolu kimi təsvir olunan şaftalı haqqında hətta Hindistan əfsanələrində də rast gəlinir. Qədim ölkədə ər-arvada iki şaftalı hədiyyə etmək onlara qocalana qədər yaşamağı arzulamaq mənası verirdi.
Bol sulu şaftalı meyvəsinin şirəsi ürək ritminin pozulması və qanazlığı zamanı çox faydalıdır və şlakların orqanizmdən xaric olmasına kömək edir. Xəstəliklərə qarşı orqanizmin ümumi müqavimətini artırır, bağırsaqlara yumşaldıcı və qəbizlik əleyhinə təsir göstərir, həzmi yaxşılaşdırır, qanı təmizləyir, ağız qoxusunun aradan qalxmasına səbəb olur.
Qurudulmuş şaftalı meyvəsi yanacaq maddəsi kimi də istifadə edilir. Çəyirdəyin içərisindəki toxum yem kimi heyvanlara verilir. Şaftalı çəyirdəyinin qabığı yananda alınan çox az miqdarda kül və bir qədər də kükürd ətraf mühiti çirklənmədən qoruyur və çox dəyərli enerji mənbəyi rolu oynayır. Bir sıra ölkələrdə yanacaqla işləyən qurğularda şaftalı çəyirdəyi qabığından istifadə etmək tövsiyə olunur.
Şaftalı toxumunda olan yağdan qidalanmaq və qulaq ağrıları zamanı istifadə olunur. Şaftalı çiçəkləri qaynadılıb içiləndə bağırsaq qurdlarını tökməyə kömək edir. Meyvənin qabığının soyulandan sonra əzilib üzə çəkilməsi quru və yorğun dəriyə cavanlıq verir. (Azərtac)