:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vatsapdan daha bir yenilik: Gecə rejimi işə düşdü

Font

Dünyada 1.2 milyard istifadəçisi olan Vatsap tətbiq etdiyi yeniliklər sayəsində gün keçdikcə daha da mükəmməlləşir.

Artıq Vatsap "gecə rejimi” yeniliyini tətbiq edəcək.
Belə bir tətbiqi gözləyən istifadəçilər gecə qaranlıqda insanın gözünü yoran ağ rəngli arxa fon işığının əksinə çevriləcəyini düşünürdü.
Lakin gözləniləndən çox fərqli bir yenilik ortaya qoyuldu. Belə ki, "gecə rejimi” ilə qaranlıqda çəkilmiş şəkillər daha aydın olacaq. Əlavə olaraq, bu tətbiqdən görüntülü danışıq zamanı da istifadə oluna biləcək. Beləliklə də, gecə görüntülü danışmaq məhdudiyyəti aradan qalxacaq.
Hələlik "İOS” sistemi istifadəçilərinə tətbiq ediləcək bu yenilik, qısa müddətdə "Android” tipli cihazlara da tətbiq olunacaq.