:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mənsum İbrahimov: “Onu deyənə ayıb olsun”

Font

"Elə yalan danışın ki, inandırıcı görünsün.”

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Opera və Balet Teatrının solisti Mənsum İbrahimov həmkarı Canəli Əkbərovun onun mərhum sənətkar Qəndab Quliyevanın yas mərasiminə gəlməməsi ilə bağlı səsləndirdiyi ittihamlara münasibətində deyib. O, qeyd edib ki, Qəndab Quliyeva böyük sənətkardır:

"Qəndab Quliyeva mənimlə uzun müddət Opera və Balet Teatrında bir yerdə işləyib. Onun həm vida, həm də 3 mərasimində iştirak etmişəm. Mətbuata, televiziyalara müsahibə verib, onun sənəti haqqında fikir bildirmişəm. Övladlarına baş sağlığı vermişəm. Ayrı nə deyim, ayıb olan şeydir, mənə yaraşmaz ki, durub nəsə kobud danışam. Əgər yalandırsa, övladlarından soruşsunlar. Elə bil söz tapmır danışmağa, onu deyənə ayıb olsun.”

Xalq artisti Canəli Əkbərov mətbuata müsahibəsində bildirib ki, Arif Babayev və Mənsum İbrahimov mərhum sənətkar Qəndab Quliyevanın dəfn mərasimində iştirak etməyib.