:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qız atası”nın MƏHƏBBƏTİ serialdan ayrıldı

Font

Uzun illərdir ki, "Bacanaqlar”, "Eks bacanaqlar”, "Qardaşlar" və "Qız atası” kimi komediya seriallarının rejissoru kimi fəaliyyət göstərən Ramin Hacıyev bu komandadan ayrılıb.

Bu barədə Publika.az-a Elməddin Cəfərov məlumat verib. Onun sözlərinə görə, rejissor serialdan könüllü şəkildə ayrılmağa qərar verib:
"Raminlə münasibətlərimiz yaxşıdır, uzun illərdir ki, birlikdə fəaliyyət göstərmişik, heç bir qalmaqal baş verməyib. Ona "Xəzər" televiziyasından təklif gəldi, o da bunu dəyərləndirdi. Hələlik Raminin yerinə rejissor təyin etməməşik, işlərimiz də tam bitməyib. Yəqin ki, yaxın günlərdə onu əvəz edən başqa rejissorla əməkdaşlığa başlayacağıq”.