:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünya ulduzları şıq ziyafət libaslarıylə göz oxşadı – FOTOLAR

Font

Dünən Nyu-Yorkda moda aləmində ən önəmli hadisələrindən biri olan - "CFDA" mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Xarici mətbuat xəbər verir ki, mərasimdə aktrisa Nikol Kidman və Diana Kryuger, modellərdən Cici Hadid, Bella Hadid, Bruk Şilds, Adriana Lima, Lili Olric, Karli Kloss, Meq Rayan, Haydi Klum, modellerlərdən Raf Simons, Demna Qvasaliya, Zak Pozen, Tommi Hilfiger, Donna Karan, Diana fon Fyustenberq və başqaları iştirak edib.
Dünya ulduzları qırmızı xalı mərasimləri üçün bir qayda olaraq cəlbedici geyimlər seçir. Lakin "CFDA" tədbiri üçün tanınmış xanımların sadə, təvazökar, bir qədər də qapalı geyimlər seçməsi diqqətdən qaçmayıb. Buna baxmayaraq, stil ikonaları gözəllik və məziyyətlərini layiqincə vurğulaya bilib.
Gecənin qalibi hazırda "Calvin Klein” brendi ilə əməkdaşlıq edən, "Dior” moda evinin sabiq kreativ direktoru Raf Simons olub. İstedadlı dizayner iki mükafatı birdən aparıb. Belə ki, kişilər və qadınlar kateqoriyasına üçün hazırladığı geyimə görə də "İlin dizayneri" mükafatına layiq görülüb.
Mərasimin daha bir qəhrəmanı isə gürcü dizayner Demna Qvasaliya olub. O, "Ən yaxşı əcnəbi dizayner" nominasiyasında mükafat qazanıb. Mükafat onun "Balenciaga” və "Vetements” brendi ilə işlərinə əsasən təqdim olunub.
Mərasimdə ən həssas məqam şübhəsiz ki, "İkona üslubu" mükafatının təqdim edilməsi olub. Bu status italiyanın "Vogue” jurnalının keçmiş rəhbəri Soççani Frankeyə qismət olub. Frank ötən il 66 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib, onun ölümü dünya üçün fashion-birliyi üçün əsl sarsıntı olmuşdu. S.Frankenin həmkarı, Amerikanın "Vogue” jurnalının baş redaktoru Anna Vintur ona həsr olunmuş çıxışı zamanı göz yaşlarını güclə saxlayıb.
Məlumat üçün bildirək ki, "CDFA” mükafatlandırma mərasimi ilk dəfə 1984-cü ildə Nyu-Yorkda keçirilib. O vaxtdan bəri bu mərasim ənənə halını alıb və hər il keçirilir. Qalibin seçimi CFDA dizayner-üzvləri, redaktorlar, stilistlər, bayerlərin səsverməsi yolu ilə həyata keçirilir. Xüsusi mükafatlara namizədləri "CFDA” üzvləri və direktorlar şurası müəyyən edir.(Publika)