:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mustafa Ceceli 9 illik ailə həyatını dağıdan qadına evlilik təklif etdi

Font

Müğənni nikah tarixini açıqlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, doqquz illik həyat yoldaşı və oğlu Arının anası Sinəm Ceceliden boşandıqdan beş gün sonra Selin İmerlə görüşməyə başlayan Mustafa Ceceli toy tarixini müəyyən edib. Müğənni boşanıb Selin İremle sevgili olmasını belə izah edib:
"Selinlə həyata baxışımızın eyni olması bizi bu qərarı verməyə vadar etdi. Əlbəttə, heç kim boşanmaq üçün ailə qurmur, həmçinin ayrılmağı da heç kimə tövsiyə etmirəm, amma bəzi hallarda uşağın rahat mühitdə böyüməsi üçün bu addımı atmaq məcburiyyətində qalırsan. Bizim də məqsədimiz bu idi. İctimaiyyətdə sanki hər şey bir həftə ərzində baş veribmiş kimi göstərilib. Halbuki bu, son iki ildə yaşanan problemlərin nəticəsi idi. Keçən ilin sonlarında anladıq ki, artıq münasibətləri xilas etmək mümkün olmayacaq. Onsuz da nişan üzüklərini çoxdandır taxmırdıq, həyat yoldaşım isə sosial media hesablarını bağlayıb. Tədbirlərdə birlikdə qatılmamağımız və uzun müddətdir ki, birlikdə şəkil paylaşmamağımız da bunu bir daha sübut edir. Ancaq insan inanmaq istəmədiklərini həmişə görməzdən gəlir”.(Publika)