:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pərvin Abıyevadan TƏHQİRDOLU SÖZLƏR: “O qadın...”

Font

Dünən Səidə Sultanın "Maşın” realiti şoudan uzaqlaşdırdığı qalmaqallı iştirakçı Pərvin Abıyeva instaqramda verilişlə bağlı fikirlərini bildirməyə davam edir.

Publika.az xəbər verir ki, müğənni "Pərvin getsin, evdən qardaşına səs göndərsin” deyərək aktrisanı şouda uzaqlaşdırıb. Bu atmacadan sonra aktrisa yarışmadan getdiyinə və stressdən uzaqlaşdığına görə sevindiyini bildirib. Daha sonra isə instaqramdakı paylaşımında Səidə Sultanı təhqir edib:
"Xalq mənə nifrət edir? Niyə? Ailəmin, doğmaca qardaşımın haqqını müdafiə etdim. Özümü elə bir şəxsiyyətsiz qadının qarşısında sındırmadım. Çox istəyərdim ki, hər şeyi açıq danışım. Amma heyif ki, efirdə hər şeyi danışmaq olmaz. O qadın canlı efirdə doğma nənəsinin üzünə tüpürən insandır. Bunu nə tez unutdun xalq? Mənim qardaşıma uzun iyrənc dilini uzatdı. Dərsini verdim deyə pis oldum. Sizlər olsaydız nə edərdiz?”
Pərvin daha sonra instaqramda tənqid və təhqirlərin qarşısını almaq üçün şərh bölməsi bağlayıb. Abıyeva bir neçə dəqiqə sonra isə rəsmi hesabını deaktiv edib, lakin səhər saatlarında instaqramı yenidən aktiv edib və bu sözləri yazəb: "İnstaqramı bağlamaq, heç nədən qaçmaq fikrim yoxdur, mənim əzizlərim. Sadəcə S (Səidə) xanımın sayəmdə qazandığı qondarma fanatları məni narahat etməsin deyə bir neçə saat öz yatağımda S xanımın adını çəkdiyi qardaşımı doyunca qucaqlayıb (öz doğma) rahat yatmaq üçün sosial şəbəkələri bağladım. Vicdanım çox rahat yatdım. Qaraqanın yeri məlum, sən deyəndə inanmırdım”.