:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Müğənni boşandığı əri ilə 6 il sonra barışdı

Font

Aşkın Nur Yengi keçmiş həyat yoldaşı ilə yenidən nişanlanıb.

Türkiyə mətbuatı xəbər verir ki, 6 ildən sonra keçmiş həyat yoldaşı və aktyor Haluk Bilginerlə barışdığı iddia edilən Aşkın Nur Yengi dünən papratsilərin kameralarına tuş gəlib. İfaçının 11 il əvvəl Haluk Bilginerin ona hədiyyə etdiyi 300 min lirəlik (təxminən 150 min manat) nişan üzüyünü yenidən taxdığı diqqətdən qaçmayıb. Lakin ulduz müxbirləri görəndə barmağındakı təkqaş üzüyü gizlətməyə çalışıb.
Əlini gizlətməyə səy göstərən Aşkın Nur Yengiyə müxbirlər "Üzüyü sandıqdan çıxarmısınız?" sualı ilə müraciət edib. Buna qəzəblənən sənətçi "Mən sizə sandıqdan bir şey çıxardacam, amma nə isə" , - deyə cavab verib.
Xatırladaq ki, Aşkın Nur Yneginin Haluk Bilginerlə ayrılmasına aktrisa Zerrin Tekindor səbəb olmuşdu. Haluk Bilginer müğənni ilə boşandıqdan sonra 6 il Zerrin Tekindorla sevgili olub. Bir neçə həftə əvvəl bu cütlüyün münasibtələrinin bitdiyi məlum olub.
Bundan başqa Haluk Bilginer ilk həyat yoldaşı Zuhal Olcaydan Aşkın Nur Yengiyə aşiq olduğu üçün boşanmağa qərar vermişdi.