:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kann kinofestivalının qalibi bəlli oldu

Font

Fransada keçirilən 70-ci Kann kinofestivalının qalibi bəlli olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, festivalın qalibi "Kvadrat" ("The Square") filmi seçilib.

İsveç rejissoru Ruben Estlundun çəkdiyi film "Qızıl palma" mükafatına layiq görülüb.
Fransız rejissor Roben Kampiyonun "Dəqiqədə 120 zərbə” ("120 battements par minute") filmi isə festivalın Qran-pri mükafatını alıb.
Xatırladaq ki, mayın 17-dən 28-nə kimi davam edən festivalda 19 film nümayiş etdirilib.