:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fahriye Evcen Kann Festivalını gözəlliyi ilə fəth etdi - FOTOLAR

Font

70-ci Kann Kino Festivalında türkiyəli ulduzlar da iştirak edib.

Yubiley festivalına Bensu Soral, Fehriye Evcen, həmçinin Məryəm Uzerli qatılıb. Türkiyəli ulduzlar bu möhtəşəm mərasim üçün dəbdəbəli ziyafət libasları seçib. Xüsusilə Fahriye ilə Bensu bəyaz paltarları ilə diqqət çəkib. Gənc udlzular gözəlliyi ilə festivalı fəth ediblər.
Lakin Bensu Soralın Kann fesyivalı üçün seçdiyi digər paltarı dəb mütəxəssisləri tərəfindən kəskin tənqid edilib. Türkiyəli modelyer Cəmil İpəkçi Besunun yaşıl rəngli atlas paltarı haqqında bu sözləri deyib:
"Bədəni və üzü çox gözəldir, amma paltar bərbaddır. Paltar Bensunun bütün gözəlliyini məhv edib. Kann Film Festivalına belə bir paltarla getməzlər. Çox dekolteli də geyinə bilər, amma estetik olmalıdır. Ətəyin qısalığı, kənardan sallanan hissələri çox mənasızdır”.
Türkiyəli məşhurlar xarici kino ulduzları ilə şəkil şəkdirmək fürsətini əldən verməyib. Məryəm Uzərli Uil Smit, Adam Sandler Adrien Brodi ilə, Fahriye Evcen isə Klaudiya Kardinale ilə şəkil çəkdirib.