:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kann Kino Festivalının möhtəşəm açılışında ulduz axını - FOTOLAR

Font

Xəbər verdiyimiz kimi, dünən Fransanın Nits şəhərində, Lacivərd sahillərdə 70-ci Kann Kino Festivalının açılış mərasimi baş tutub.

Publika.az xəbər verir ki, sevilən kino ulduzu Monika Belluççinin aparıcısı olduğu gecədə tanınmış aktyor və aktrisalar iştirak edib.

Жюри 70-го Каннского фестиваля

Yubiley festivalını Arno Depleşenin "İsmaelin kabusları" filmi açmaq şərəfinə nail olub. Filmin çəkiliş komandası Marion Kotiyyar, Şarlotta Qensbur, İppolot Jirardo, Alba Rorvaxer Lui Qarrelya və başqaları axşam premyeraya qatılıb. Film festivalın müsabiqə proqramında iştirak etmir, lakin qonaqlar tərəfindən maraqla qarşılanıb.

Müasir dövrün aparıcı rejissorları Henake, Polanski və Ozon baş mükafat uğrunda mübarizə aparacaq. Aktrisa Nikol Kidman üçün müsabiqə xüsusi olacaq, çünki bu festivalda onun oynadığı 4 film iştirak edəcək.

Müsabiqə işlərini rejissor Pedro Almodovar, aktyorlar Uill Smit və Cessika Çesteyn, musiqiçi Qabriel Yared, kinorejissorlar Pak Çxan Uk, Paolo Sorrentino və digər tanınmış kinematoqrafçılar qiymətləndirəcək. Onların hamısı 11 gün ərzində proqramın əsas iyirmi ekran işlərinə baxacaq.