:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Monika Belluççi keçmiş həyat yoldaşının 19 yaşlı sevgilisi ilə üz-üzə - FOPTOLAR

Font

Bu gündən etirabrən Kann Kino Festivalına start verilir.

Xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı olaraq paparatsilər ulduzların gəlişini lentə almaq üçün Nitsa hava limanında səhərdən növbə çəkir. Gələn ilk ulduz qonaqlar artıq fotoqrafların obyektivlərinə düşüb. İlk sırada bu il yubiley festivalın aparıcısı təyin olunan Monika Belluççi olub. İtalyan aktrisasının festival üçün hazırladığı obrazlarını hər kəs səbirsizliklə gözləyir.

Yeri gəlmişkən onu da qeyd edək ki, festivalda aktrisanın keçmiş həyat yoldaşı Vensan Kasselin 19 yaşlı sevgilisi Tina Kunakinin də iştirak edəcəyi gözlənilir. Vansan Kasselin sevgilisi Tina Kanaki ondan düz 30 yaş kiçikdir. Cütlük 2015-ci ildən bəri görüşür. Monikanın eks ərinin yeni sevgilisi ilə üz-üzə gəlməsi də xüsusi maraq kəsb edir.

Xatırladaq ki, kinofestival bu il Fransanın Lacivərd sahillərində mayın 17-dən 28-dək keçiriləcək. 70-ci Kann festivalının açılışında Monika Belluççi, Marion Kotiyyar, Bella Hadid və başqaları iştirak edəcək.