:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"100 min versələr..." - Mələkdən cazibədar fotosessiya

Font

Aparıcı Mələk Heydərova yeni fotosessiya etdirib.

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, aktrisa kimi də fəaliyyət göstərən Mələk bu yaxınlarda serialda rol alacaq.

M.Heydərova bildirib ki, rejissor dostu Əbdül İsayevin sözünü yerə salmayıb:

"Fotosessiya etdirməyi sevirəm. Ona görə düşündüm ki, maraqlı bir çəkiliş gerçəkləşdirim.Daha sonra seriala çəkilmək üçün təklif gəldi. Etiraf edim ki, serialda bu Mələkdən əsər-əlamət yoxdur. Daha çox ağlama səhnələri var. Amma düzü həmin səhnələrdə özüm ağlamıram. Məsələn, mənə 100 min versələr həqiqətən ağlayaram (gülür-red.). "İtirlimiş həyat” serialında iş qadını obrazındayam. Aktrisalıq mənim üçün sadəcə əyləncədir. Karyeramı aparıcılıq üzərində qururam”.