:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

300-dən çox uşağı öldürən "Andres canavarı"nın qorxunc həyat hekayəsi - FOTOLAR

Font

Əsl adı Pedro Alonso Lopez olan, bütün dünyada "Andres canavarı" ləqəbiylə məşhurlaşan vəhşi qatillərdən biridir. 1970-ci illərdə Kolumbiya, Peru və Ekvadorda qorxu salan cani həmin bölgələrdə 300-dən çox uşağı qaçırıb istismar etdikdən sonra öldürüb.

ANN.Az-ın məlumatına görə, Lopezə bu üç ölkədə öldürdüyü hər qız uşağına görə sadəcə 1 ay həbs cəzası verilib.

1949-cu ildə doğulan Lopezin anası fahişəxanada çalışıb. Ailədə 13 uşaqdan 7-cisi olan Lopez 8 yaşlı bacılarından birinə təcavüz etdiyi üçün anası onu küçəyə atır. Evdən qovulan gələcəyin ən iyrənc qatili küçədə bir adam tərəfindən təcavüzə məruz qalır. 12 yaşında yetimxanaya verilən Lopez burada da müəllimlərindən biri onu istismar edir. 18 yaşında avtomobil oğurluğuna görə tutulur və həbsxanada olarkən özündən böyük 4 məhkum ona təcavüz edir. Məhkumların 3-ündən onları öldürərək intiqamını alan Lopezin həbs müddəti daha 2 il artırılır. Həbsxanadan çıxdıqdan sonra o, digər insanları öldürməyə başlayır.

1978-ci ildə Peruda 100 qızı öldürdüyü söylənilir. Kəndin birində 9 yaşlı bir qız uşağını qaçırmaq istəyərkən sakinlər tərəfində tutulan Lopezi əvvəlcə diri-diri yandırmaq istəsələr də, sonra fikirlərini dəyişərək onu polisə təslim etmək üçün Ekvadora aparırlar. Lakin cani onların əlindən qaçmağı bacarır.


1980-ci ildə 9 ilə 12 yaş arasındakı Lopezin öldürdüyü 53 uşağın kütləvi məzarı polis tərəfindən tapılır. Bu hadisə insanlar qorxuya düşməyə, uşaqlarını nəyin bahasına olursa olsun qorumağa çalışırlar. 1983-cü ildə onun Ekvadorda 110 qızı öldürməkdən şübhəli bilinir və həmin il 12 yaşlı daha bir qız uşağını qaçırmağa çalışarkən həbs edilir. 1994-cü ildə mətbuata müsahibə verərkən özünü "Əsrin adamı" adlandıran qatil "yaxşı hərəkət" sərgilədiyi üçün sərbəst buraxılmalı olduğunu bildirib. Yenidən cinayətlər törədəcəyinə dair and içməsinə baxmayaraq 1998-ci ildə Ekvador hökuməti tərəfindən sərbəst buraxılır və Kolumbiyaya sürgün edilir və bundan sonra Lopez barəsində heç bir məlumat alınmır. Öldüyü deyilsə də heç kəs inanmaq istəmir və qurbanların yaxınları onu tapan şəxsə 250 min dollar verəcəklərini vəd edirlər.