:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

47 yaşlı Cennifer Lopesin geyimi heyran etdi – FOTOLAR

Font

47 yaşlı Cennifer Lopes mükafatlandırma mərasiminə elə paltar geyinib ki, bütün gözlər ona dikilib.

Dünən ABŞ-ın Mayami şəhərində "Billboard Latin Music Awards” illik musiqi mükafatlarının təqdim olunma mərasimi keçirilib. Tədbirdə Cennifer Lopes və bir çox məşhurlar iştirak edib.

Müğənni səhnədə moda tənqidçiləri tərəfindən hələ uzun müddət müzakirə olunacaq obrazlar nümayiş etdirib. Belə ki, Ceylo təbdir üçün "Julien Macdonald” moda evindən olan və onun bədən quruluşunun bütün incəliklərini vurğulayan çox cəsarətli yarımşəffaf geyim seçib. Paltarın hər tərəfi pəncələrdən, daha dəqiq desək dekolte, yarıq və kəsiklərdən ibarət olub. Ümumiyyətlə dərin sinə dekoltesi, qarnı açıq geyimlər və seksual yarıqlar Cenniferin ənənəvi stilidir. O, geyimlərdə hər zaman seksuallıqla zərifliyi birləşdirməyə çalışır. Pop diva obrazını "Jimmy Choo” bsonojkaları və "Lynn Ban” brendindən olan sırğalarla tamamlayıb.