:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Porno aktrisadan təklif: “Fransa ABŞ və Böyük Britaniya ilə yatağa girsin”

Font

Aktrisa və fotomodel Pamela Anderson sosial şəbəkədə yazdığı şeirdə Fransaya ABŞ və Böyük Britaniya ilə "yatağa girməyi” təklif edib.

Pamela Anderson Böyük Britaniya və Fransada gözlənilən seçkiləri, ABŞ-da təhlükəsizlik məsələlərini nəzərə alaraq, problemlərin "romantik müstəvidə” müzakirə olunmasını təklif edib:

"Məsələyə fransızlarda daxil olursa, deməli siyasətdə müzakirələr daha romantik istiqamətdə aparılmalıdır. Bu romantik mübarizədir.”

Fotomodel Vaşinqtonu Böyük Britaniyanın telefonlarını dinləyən və elektron məktublarını oxuyan "pis sevgili” adlandırıb. Aktrisanın sözlərinə görə, bu analizi o, WikiLeaks saytının yaradıcısı Culian Asanjla "xüsusi əlaqələri”ndən sonra edib.