:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məşhur model imkanlı kişilərlə... – SEKSUAL FOTOLAR

Font

Məşhur rus model Viktoriya Odintsova Dubayda göydələnin başına çıxaraq çəkdirdiyi fotoları ilə hər kəsi təəccübləndirib. Belə ki, modelin təhlükəsizlik kəməri taxmadan binanın başından aşağı sallanması hamını şoka salıb. Ümumiyyətlə, 24 yaşlı Viktoriya instagramda paylaşdığı seksual fotolarla ağılları başdan alır. Onun 3 milyon yarımdan çox izləyicisi var.

Aile.lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Viktoriya Odintsova 1993-cü ildə Sankt-Peterburqda dünyaya gəlib. Bir neçə ilə xoreoqrafiya və model məktəblərinə gedib. Perm Dövlət Universitetini bitirib.

Rusiyanın məşhur "Mavrin Models” agentliyinin aparıcı modelidir. Boyu 173 sm olan xanımın ideal bədən ölçüləri var - 90x63x92.

Bu ölçülərə çatmaq üçün Viktoriyanın plastik əməliyyatlar keçirdiyi deyilir. Model özü bu haqda şərh verməsə də, burnunu kəsdirdiyi, dodaqlarını böyütdüyü və sinəsinə silikon qoydurduğu açıq-aşkar sezilir. Hər bir halda onun bu görünüşünü nəinki Rusiya, xarici ölkə reklamçıları da bəyənib qiymətləndirir. O, reklamlarda çəkilmək üçün tez-tez xarici ölkələrə gedir. Viktoriya yalnız geyim və alt paltarı deyil, kosmetika, saça qulluq və arıqlama vasitələrinin reklamlarında yer alır.

Məşhur model müğənni Yeqor Kridin də klipində çəkilib. Çəkilişlər zamanı onlar arasında sevgi münasibəti yaranıb. Əvvəllər Yeqor bunu ictimaiyyətdən gizlətməyə çalışırdı. Amma doğum günü məclisində Viktoriyanın da iştirak etməsi şübhələrə son qoydu. Yeqor kameralardan çəkinmədən Viktoriyanı qucaqlayıb öpürdü. Lakin bu münasibətin səmimi hisslər üzərində qurulduğunu, yoxsa reklam olduğunu yalnız o iki şəxs bilirdi.

Əslində, Viktoriya Odintsovanın şəxsi həyatı haqda zaman-zaman müxtəlif xəbərlər yayılıb. Onun "ВКонтакте" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov və tanınmış şoumen Timur Batrudnivlə də eşq macərası yaşadığı deyilirdi. Bundan başqa, Viktoriyanın imkanlı kişilərə eskort xidmət təqdim etdiyinə dair də söz-söhbətlər gəzir.

Aile.lent.az 24 yaşlı məşhur model Viktoriya Odintsovanın milyonlar tərəfindən bəyənilən fotolarını təqdim edir.