:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qızından Mətanət İsgəndərliyə qadağa

Font

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin Türkiyə vətandaşına nişanlanması xəbərinə aydınlıq gətirilib.

Müğənninin mətbuat katibi Zəminə Rüstəmova AzNews.az-a açıqlamasında bildirib ki, Ülkər şəxsi həyatı haqqında mətbuatda hər hansı məlumatın getməsinin tərafdarı deyil:

"Mətanət xanımın qızı onun haqqında nəsə yazılmasına icazə vermir. O, anasından xahiş edib ki, "ana mənim şəxsi həyatım haqqında heç bir məlumat vermə. Haqqımda danışma.”

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər Türkiyə vətandaşına nişanlanıb. Axşam.az-ın məlumatına görə, cütlüyün toy mərasimi bu yaxınlarda baş tutacaq.