:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünyadan sonra yaşamağa ən uyğun yer tapıldı

Font

Saturnun Enceladus peykinin günəş sistemində dünyadan sonra yaşamağa ən münasib yerlərdən biri ola biləcəyi deyilib.

Açıqlama NASA tərəfindən verilib. Yaponiya və Avropa ölkələrinin Enceladusu araşdırmaq üçün kosmosa göndərdiyi Cassini peykindən yeni informasiyalar gəlib.
500 kilometr uzunluğundakı peyk buz örtülü səthindən atmosferə su hissəcikləri püskürüb. Aparılan kimyəvi analiz nəticəsində Enceladusun buz təbəqəsinin altında, okeanın dibində isti hidrotermal bacalar olduğu ortaya çıxıb.
Həmin hidrotermal bacalar dünya okeanlarının dibində canlıları bəsləyən mənbə vəzifəsini yerinə yetirir.
Bu bacaların varlığı Saturnda qətiyyətlə həyat olduğu anlamına gəlməsə də, elm adamları Enceladusa 2026-cı ildə yenidən bir peyk göndərərək su parçalarında bioloji əlamətlər axtarmağı düşünür.
Cassini peykindən gələn siqnallar üzərində işləyən qrupun nümayəndəsi Hunter Vayt deyib ki, həyat tapsalar, daha yaxşı olacaq:
"Amma həyat olmasa da, həyata bu qədər münasib bir yerdə niyə həyat olmadığını araşdırmaq belə onun qədər dəyərli uğur olacaq".
12 ildir Saturn və peyklərini araşdıran Cassini missiyasını artıq tamamlayıb. Elm adamları peykin Enceladusa düşüb müşahidələrə mane olmaması üçün onun Saturn atmosferinə girərək yanmasını təmin edəcəklər.(Publika.az)