:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünyanın yeni yaranmış idman növləri

Font

Dünya yerində durmadığı kimi idman da daim hərəkətdədir. Yeni idman növləri meydana gəlir, digərləri isə öz populyarlığını itirir.

Modern.azson illərdə yaranan və get-gedə dünyanın müxtəlif ölkələrində populyarlıq qazanan, kütləviləşən idman növlərinin siyahısını təqdim edir.

Bataqlıq futbolu

Bataqlıq futbolu XX əsrin 60-cı illərində İngiltərədə yaranıb. Əsasını futboldan götürsə də, özünəməxsus qaydaları ilə seçilir. Bu oyunu hər komandadan 6 nəfər oynayır. Hər taym 13 dəqiqə davam edir, meydanın ölçüləri isə 60*35 metrə nisbətindədir. Əvəzetmələr oyun dayandırılmadan həyata keçirilir. Cərimə zərbələri əllə vurulur.

Velosiped polosu

Velosiped polosu da İngiltərədə yaranmış idman növüdür. İştiurakçılar bu oyunu at deyil, velosiped üzərində oynayırlar. İldən-ilə bu oyunun populyarlığı artmaqdadır.

Hedis

Bu oyunun iştirakçıları tennis topunu başları ilə rəqib tərəfə atır. Bu mənada Hedis stolüstü tennis və futbolun qarışığı da adlana bilər.

Novus

Novus bilyarda bənzəyən oyundur. Eni və uzunluğu 1 metr olan stolda oynanılan Novusda ənənəvi bilyard şarlarını xüsusi daşlar əvəz edir.

Akvatlon

Bu yeni idman növünü sulaltı güləş də adlandırmaq olar. Əsas qayda rəqibin ayağına bərkidilmiş lentin çıxarılmasıdır. Akvalanqların hazırlanması üçün istifadə edilən idman növü gimnastik, akrobatik və idman növlərinə bölünür.

Sendbord

Bu oyun lövhə ilə səhra qumunda sürüşməyi nəzərdə tutur. Oyun səhrası olmayan ölkələrdə kəşf olunub. Xüsusi manevr imkanları ilə seçilən sürüşkən lövhə yüksək sürət yığmağa yardımçı olur.

Qrass-Ki

Qrass-Ki yeni gənc idman növlərindən sayılır. Bu növdə iştiorakçılar ot üzərində xizəklə hərəkət edir. Bu zaman otun hündürlüyü 5 santimetrdən artıq olmamalıdır. Ot üzərində xizəklə dönmə və dayanmaq çətin olduğu üçün Qrass-Ki ilə yalnız professional idmançılar məşğul olur.

Sepaktakrau

Asiyanın Tailan və Malaziya kimi ölkələrində populyar olan ub oyun futbol, voleybol və akrobatika elementləri ilə zəngindir. İştirakçılar voleybol meydançasından bir qədər kiçik meydançada hər komanda da 3 nəfər olmaqla mübarizə aparırlar. Voleyboldan fərqli olaraq Sepaktakrauda əl istisan olmaqla yalnız ayaq və bədənini digər nahiyələrindən isitfadə olunur. Oyun baxımlı və salto kimi akrobatik hərəkətlərlə zəngindir.