:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Müsəlman olduğum üçün fəxr edirəm” - FOTOLAR

Font

Bella Hadid "Porter” jurnalına verdiyi müsahibədə müsəlman olması ilə fərx etdiyini deyib.

Dünya podiumlarının ən çox tələb olunan modeli jurnalın növbəti nömrəsinin üz qabığında çəkilib. Bir neçə obrazda çəkilən 20 yaşlı model öz müsahibəsində Amrerika prezidenti Donald Trampın din və miqrasiya siyasəti ilə bağlı danışıb:

"Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi, ona görə də bu mövzu bizim ailəyə çox yaxındır. Atam həmişə çox dindar olub və bizimlə dua edirdi. Mən müsəlman olmağımla fəxr edirəm Zəngin həyat təcrübəm mənə dünyada bütün insanların sadə və hər kəsin xeyirxah, hörmətcil münasibətlərə layiq olduğunu anlmağa kömək etdi. Biz yalnız milliyətimiz ucbatından bir-birimizə qarşı pis münasibət göstərməli deyilik. Mənim üçün insanın mərhəmətli olması daha vacibdir”.

Qeyd edək ki, modelin fələstin əsilli və amerikalı multimilyoner atası – Məhəmməd Hadid Suriyanın Nezaret şəhərində anadan olub. Məhəmməd Hadid 14 yaşınacan Livanda yaşayıb, 14 yaşında ailəsi ilə birlikdə Amerikaya köçüb. Hazırda Məhəmməd Hadinin sərvəti 200 milyon dollar dəyərində qiymətləndirilir.

Qedy edək ki, fevral ayında Bella və Cici Hadid bacıları Donald Ttrampın miqrasiya siyasətinə qarşı çıxış edib.