:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ordusu olmayan 22 ölkə

Font

Keçmiş zamanlardan bu günə qədər dövlətin gücü onun ordusunun nə qədər effektiv olması ilə ölçülür, lakin silahlanma yarışının getdiyi dünyada, ümumiyyətlə ordusu olmayan ölkələr də mövcuddur. Sizə həmin dövlətləri təqdim edirik:

Andorra

Digər dövlətlərlə əhatə olunan bu balaca ölkə şəxsi orduya malik deyil. Bu ölkədə asayişin təmini və əsas öhdəliklərə polis cavabdehdir. Andorranı qonşu ölkələr müdafiə edir: dövlətin İspaniya və Fransa ilə hərbi anlaşmaları var. Burada könüllülərdən ibarət kiçik ordu var, lakin onlar yalnız mərasim funksiyasını yerinə yetirir.

Kosta-Rika
1948-ci ildən bəri burada silahlı qüvvələr mövcud deyil. Ölkədə 1948-ci ildə vətəndaş müharibəsi baş verib. Müharibə başa çatdıqdan sonra ordu ləğv edilib. Odur ki, Kosta-Rikanı silahlı qüvvələri olmayan ən böyük ölkələrdən biri adlandırmaq olar. Daxili təhlükəsizlik polis tərəfindən təmin edilir. Maraqlıdır ki, bu ölkə Nikaraqua ilə sərhəddə münaqişəyə malikdir, buna baxmayaraq bu millət ordusuz yaşamaqda davam edir.

Dominika
Ölkədə 1981-ci ildən etibarən ordu mövcud deyil. Silahlı qüvvələr hərbçilər tərəfindən uğursuz çevriliş cəhdindən sonra ləğv edilib. Ölkədə daxili təhlükəsizlik polis tərəfindən təmin edilir. Burada regional müdafiə sistemi mövcuddur, o, Karib dənizi regionunun bir çox ölkələrində fəaliyyət göstərir. Başqa dövlətlər tərəfindən təhlükə yaranacağı təqdirdə ölkəni, məhz o, müdafiə edəcək.

Qrenada
Bu ölkədə 1983-cü ildən bəri ordu yoxdur. Hökumət bu addımı ABŞ müdaxiləsindən sonra atıb. Təhlükəsizliyi polis qüvvələri təmin edir, müdafiəyə isə Regional Müdafiə Sistemi zəmanət verib.

Haiti
Adada 1995-ci ildən ordu yoxdur. Haitidə 1995-ci ilə qədər hərbçilər olub, lakin düjündən çox müxtəlif daxili münaqişələr və ordu çevrilişləri hökumətin ordunu ləğv etməsinə gətirib çıxarıb. Bununla belə qiyamçılar ordunun bərpa edilməsini tələb edib.

İslandiya
Burada 1869-cu ildən ordu yoxdur. İslandiya NATO üzvüdür və ABŞ ilə müdafiə barədə anlaşmaya malikdir, odur ki, hərbi hücum halında islandiyalılar Birləşmiş Ştatların dəstəyini alacaq.

Kiribati
Ölkədə 1978-ci ildən ordu yoxdur. Onun müdafiəsini Avstraliya və Yeni Zellandiya təmin edir.
Lixtenşteyn

Lixtenşteyn 1868-ci ildən orduya malik deyil. Ölkə ordu xərclərinin öhdəsindən gələ bilmədiyinə görə ləğv edilib. Lakin dövlətdə ordu xərclərinə zərurət yaranacağı təqdirdə istifadə edilməsi üçün fond yaradılıb.

Marşall adaları
Ölkənin təməli qoyulduğu zamandan bəri ordusu yoxdur. Dövlətdəki yeganə silahlı qüvvə polisdir. Polis daxili təhlükəsizliklə məşğul olan Suları Müşahidə Xidmətində də qulluğu təmin edir. Ölkə ABŞ müdafiəsi altındadır.
Mavriki

Çoxmillətli ölkənin 1968-ci ildən silahlı qüvvələri yoxdur. Ordunun olmamasına baxmayaraq polis sıralarında 10 mindən çox insan xidmət edir. Polis ölkədəki bütün hərbi və mühafizə öhdəliklərini üzərinə götürüb.

Mikroneziya

Kiçik ada dövləti orduya malik deyil, ölkə ABŞ müdafiəsi altındadır.
Monako

Bu dövlətin XVII əsrdən ordusu yoxdur. Lakin iki kiçik silahlı dəstəsi var. Onlardan biri knyazı, digəri isə mülki şəxsləri müdafiə edir. Hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Fransa ölkənin müdafiəsinə görə məsuliyyət daşıyır.
Nauru
Ordusu olmayan dövlətin müdafiəsinə görə Avstraliya məsuliyyət daşıyır. Bununla belə ölkədə daxili təhlükəsizliyə görə məsuliyyət daşıyan polis xidməti fəaliyyət göstərir. Nauru dünyanın sahəsi və əhalisinə görə ən kiçik ölkələrindən biridir.
Palau
Ölkənin təməli qoyulandan bəri ordusu yoxdur. Burada yalnız polis, eləcə də daxili təhlükəsizlik orqanı mövcuddur, oraya 30 nəfər daxildir.
Panama
Ölkə 1990-cı ildən ordusuz keçinir. Panamada yalnız ictimai müdafiə sistemi mövcuddur. O, daxili təhlükəsizlik və sərhədlərin mühafizəsi ilə məşğul olur.
Sent-Lüsiya
Karib dənizi hövzəsindəki bir çox digər dövlətlər kimi bu ölkə də orduya malik deyil. Burada regional müdafiə sistemi, eləcə də daxili təhlükəsizliyi də təmin edən polis şöbəsi də var.
Sent-Vinset və Qrenadin
Bu ölkənin də ordusu yoxdur.
Samoa
Ölkənin əsası qoyulduğu zamandan ordusu yoxdur, daxili təhlükəsizliklə polis məşğul olur. 1962-ci il anlaşmasına əsasən, ölkə təhlükəsizliyinə görə Yeni Zellandiya cavabdehdir.
Solomon adaları
Ciddi etnik münaqişə səbəbindən dövlətdə ordu yoxdur. Əvvəllər silahlı qüvvələr mövcud olsa da, münaqişədən sonra Avstraliya və Yeni Zellandiya ada dövlətə müdaxilə etməyə məcbur olub, nəticədə ordu ləğv olunub. Lakin burada polis geniş şəkildə təmsil olunub.
Tuvalu
Tuvalu dövlətində ölkənin təməli qoyulduğu zamandan bəri silahlı qüvvələr olmayıb. Bu kiçik ölkədə yalnız daxili təhlükəsizliyi təmin edən polis mövcuddur.
Vanuatu
Vanuatuda fəaliyyətdə olan silahlı qüvvələr mövcud deyil. Lakin burada silaha malik mobil bölmə mövcuddur. Ölkənin daxili təhlükəsizliyi ilə məhz onlar məşğul olurlar.
Vatikan
Vatikan silahlı qüvvələrə malik deyil. Lakin burada jandarmeriya mövcuddur. Papa taxtını Vatikan dövlətinin özü deyil İsveçrə qvardiyası müdafiə edir. Ölkə İtaliya ilə heç bir rəsmi anlaşmaya malik deyil, bununla belə məhz İtaliya qoşunları Vatikanı müdafiə edir. Burada ordu 1970-ci ildə ləğv edilib.
İnteraz