:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünyanın ən zəngin ərəb şeyxləri, havaya sovurulan milyardlar - FOTOLAR

Font

"Şeyx" sözü bizə şərq nağıllarını xatırlamağa məcbur edir və müasir ərəb şeyxlərinin həyatı özündə qədim ənənələri, həmçinin qabaqcıl texnologiyaları birləşdirən nağıllardan çox da fərqlənmir.

Xəlifə bin Zaid Ən-Nəhayyən (18 milyard dollar)

940x784_1_efc85933049029fe3c10b28343633147@2757x2300_0xc0a839a4_19526943251489489666

Bunu təsəvvür etmək çətindir, lakin 18 milyard dollar Xəlifə bin Zaid Ən-Nəhayyənin digər var-dövləti ilə müqayisədə boş şeydir. Məsələn, ailəsinin ümumi sərvətinin 150 milyard dollar olduğu irəli sürülüb. Şeyxin kuratoru olduğu investisiya fondunun kapitalı isə 875 milyard dollardan çoxdur.

940x626_1_fdc30c6a6f1ecd0875dbdf3ca6aaed76@3500x2334_0xc0a839a4_5086876601489489666

Ən-Nəhayyən bütün mənalarda böyük adamdır - Əbu-Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir. O, 13 il əvvəl dövlət başçısı olub, amma BƏƏ-ni 1990-ci ildən atası vəzifədən gedəndən bəri idarə edir. Şeyxi öz ölkəsində çox yüksək qiymətləndirirlər. Məsələn, dünyada ən hündür Bürc-Xəlifə göydələni onun şərəfinə adlandırılıb.

Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktum

Картинки по запросу ХАМДАН БИН МОХАММЕД БИН РАШИД АЛЬ-МАКТУМ

Dubay əmirliyi taxt-tacının 34 yaşlı varisi şeyx Hamdan Böyük Britaniyada şahzadəsi Harridən heç də geri qalmır. O, zəngindir, çoxlu səyahət edir, aktiv instaqram istifadəçisidir. Həm də o, xeyirxahlıq etməyi sevir. Xeyriyyə məqsədləri üçün böyük ianələr verir, həmçinin autizm mərkəzinə himayədarlıq edir.

Картинки по запросу ХАМДАН БИН МОХАММЕД БИН РАШИД АЛЬ-МАКТУМ

Vəliəhdin həyatının üçüncü vacib tərəfi ekstremal əyləncələrdir. O, kral ailəsinə səciyyəvi olan ovçuluq, atçılıq və "Formula-1" yarışı ilə maraqlanır. Şeyx Hamdan heç bir milyarderin cəsarəti etmədiyi idman növləri ilə məşğul olur. Buna hündürlükdən tullanma kimi təhlükəli idman növlərini misal göstərmək olar. Əlahəzrət dayvinq və serfinqi də çox sevir. Lakin ən parlaq istedadı Hamdan atçılıq növündə özünü göstərib. Əlahəzrət mahir at minicisidir. Yeri gəlmişkən, şeyx Asiya Olimpiya oyunlarında qızıl medal qazanıb.

Şeyx Məhəmməd Hüseyn Əli Al-Amudi (14,1 milyard)

940x662_1_72cbfbceaa9433b3f0fc25e00ecc6fb8@940x662_0xc0a839a4_328604431489491245

Məhəmməd Hüseyn Əli Al-Amudi şeyx titulunu öz nailiyyətlərinə və sərvətlərinə görə qazanıb. Səudiyyə Ərəbistanının ikinci ən zəngin adam olan Əli Al-Amudi iki ölkədə - Ərəbistan və Efiopiyada yaşayır. O, pullarını neft emalı zavodlarına yatırıb, həmçinin Qərbi Afrikada qəhvə, habelə meyvə və tərəvəz təəsrüfatına investiya edib.

Şeyxin mülkiyyətlərinə otellər şəbəkəsi və xəstəxanaları daxildir. O, təkcə Afrika və şərq ölkələrinə bağlı deyil, şeyx xüsusən İsveç və digər qərb ölkələrinin iqtisadiyyatında rol oynayır. Milyarder ailəlidir, övladı yoxdur.

Şeyx Mansur bin Zayed Əl-Nəhyan (4,9 milyard dollar)

940x663_1_7e046bad9c7867418a78616752d0fd94@940x663_0xc0a839a4_16667835481489491681

46 yaşlı gülərüz şeyx Mənsur əmirliyin hakim ailəsinin üzvüdür, daha dəqiq desək, prezident Xəlifənin ögey qardaşıdır. Odur ki, Mansurun ölkənin baş naziri postunu tutması heç təəccüblü deyil.

Dövlət işlərindən başqa şeyx Əbu-Dabi Beynəlxalq neft investisiya şirkətini idarə edir. O, həm də idmanı çox sevir və pullarını əsirgəmir. Mansurun başçısı olduğu həndbol, futbol, voleybol və sairə yerli komandalar var. Amma bütün bunlar əfsanəvi "Manchester City” klubu ilə müqayisədə xırda şeylədir. Belə ki, Mansur sözügedən klubun sahibidir. Bəziləri deyir ki, şeyx üçün bu, oyuncaqdır, digərləri isə klubun onun üçün ciddi məna ifadə etdiyini söyləyir. Amma bir şey dəqiqdir: Mansur heç bir xərci əsirgəmir. Nəticə etibarı ilə netf sayəsində milyardlar qazanan bir adam niyə pul sarıdan narahat olsun ki?

Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum (4,5 milyard dollar)

940x748_1_d347f15bccc5cbaa5aa8f183920c186d@940x748_0xc0a839a4_10759308731489492330

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti olan Şeyx Məhəmməd öz ölkəsini mədəni cənnətə çevrimək üçün böyük invetiiyalar qoyub. Şeyxin var-dövlətinə "Emirates” aviaşirkəti, "Jumeirah Group” turizm holdinqi daxildir. Bununla belə bir çox transmilli layihələrin müəllifi və məşhur Bürc-Xəlifə otelinin təşəbbüsçüsüdür.

940x734_1_dfabcecf3a6f13093edfb9a575ebbda4@3000x2343_0xc0a839a4_12898100261489492321

O, əylənməyi bacarır, at yarışları ilə maraqlanır, böyük pul yatırımları edir, həmçinin inanılmaz ölçüdə olan "Dubay" yaxtasının sahibidir. Belə görünür ki, həyatdan zövq almaq bacarığı ondan oğluna keçib. Onu da qeyd edək ki, şeyxin yuxarıda haqqında bəhs etdiyimiz oğlu Hamdan atasından dörd dəfə varlıdır. Hər halda nə fərqi var ki, onlar onsuz da bir ailədir.(Publika.az)