:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yeniyetmə qız hovuzda hamilə qaldı

Font

Rusiyalı yeniyetmə qız hovuzda çimərkən hamilə qalıb.

"Pesochnya.ru”  xəbər verir ki, Kirov sakini Svetlana K. qızı 17 yaşlı qızı Anna ilə birlikdə Misirə turistik səfər edib. Səfərdən geri qayıdan yeniyetmə qızın hamilə olduğu məlum olub.

Sevtalana "Şarm Əl-Şeyx” kurort mərkəzində təxminən 10 kilometr məsafədə yerləşən oteldə qaldıqlarını, qızını bir addım belə özündən uzağa getməyə qoymadığını qeyd edib.

Onun sözlərinə görə, köpək balığı qorxusu olduğuna görə açıq dənizə girməkdən imtina ediblər. Buna görə də yalnız otelin hovuzunda vaxt keçiriblər: "Mən dərhal fikir verdim ki, suyu yaxşı təmizləmirlər. Hovuzda ərəb ölkələrindən çoxlu kişilər üzürdü. Misirdən geri qayıtdıqdan 2 həftə sonra Annanın hamilə olduğu üzə çıxdı. Demək ki, qızım hovuzda hamilə qalıb”.

Səfərdən əvvəl qızın hamilə olmadığını iddia edən Svetlana qızının orada kimləsə münasibətdə olmadığına da əmindir. O, yaxın zamanda otel barədə məhkəməyə müraciət etməyə etməyə hazıraşır. Qızının hamiləliyi ilə əlaqədar isə həkimlərlə müntəzəm olaraq məsləhətləşmələr aparır.(AzNews.az)