:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hipertoniyanın səbəbi tapıldı

Font

Rusiya bioloqları hipertoniyanın inkişafının (arterial təzyiqin davamlı qalxması) mümkün səbəblərini tapıblar.

Rusiya mətbuatının verdiyi məlumata görə, hipertoniyanın inkişafının səbəblərindən biri erkən yaşlarda beyində sinir fəaliyyəti və qan dovriyyəsidir.
Mütəxəsislər iki qrup siçovul üzərində araşdırma apararaq bu nəticəyə gəliblər. İlk qrup siçovullar normal arterial təzyiqə malik olub, ikincidə isə doğuşdan dörd və altı həftə ərzində anomallıq müşahidə olunub.
Birinci qrupla müqayisədə ikincilərin müəyyən damarlarında qan axının yerdəyişməsi, eləcə də beyin fəaliyyətində, əsasən beyinin ön hissəsinin hipotolamus bölgəsində (Badamşəkilli kiçik orqan – sinir və hipofizi idarə edir. Susuzluq, aclıq hislərinin mərkəzi olub bədənin istiliyini və qan təzyiqini tənzimləyir) dəyişiklik gözə çarpıb.
Qeyd edək ki, 90-95% insanlarda yüksək qan təzyiqinin aşkar səbəbləri müşahidə olunmur. Bununla belə hipertoniya beyin, böyrək, ürək, göz və digər xəstəliklərin əsas faktorlarından sayılır.
Alimlərin tədqiqatları mövcud xəstəliyin profilaktik müalicəsində faydalı ola bilər.