:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Krımda Müşfiqin həyat yoldaşının öz imzası ilə bağışladığı kitab tapılıb

Font

Krımda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin öz imzası ilə bağışladığı kitab tapılıb.

Bu barədə APA-ya Krımın Azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.
O bildirib ki, "M. Müşfiq. Yaradıcılığı. Şeirlər" adlı kitab Krım kitabxanasında "Azərbaycan guşəsi”nin yaradılması üçün ədəbiyyat toplanan zaman aşkar olunub: "Kitabı mənə icmanın fəal üzvlərindən biri verib. Kitabda Mikayıl Müşfiqin dördlük şeirləri toplanıb. Tarix 1968-ci il göstərilib. Görünür, kitab qohumu Gülsüm xanıma bağışlanılıb”.
R. Hümbətov bildirib ki, kitabı Azərbaycanda kitabxanalardan birinə, yaxud muzeyə bağışlayacaqlar.