:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Daşlardan yaranan savaş tabloları FOTO

Font

Çay daşlarından hazırlanmış bu "tablolar” 52 yaşlı suriyalı rəssam və heykəltəraş Nizar Ali Badrın "Facebook”da nümayiş olunan işləridir. Onun hər əsərinin öz hekayəsi var.

Badr uzun zamandır daş sənətiylə məşğul olur. 35 ildir hər gün Lazkiye sahilinə gedib fərqli şəkillərdə və ölçülərdə çınqıl daşı yığır. 2011-ci ildə müharibə başlayanda Badr daşlarla müharibə hekayələrini anlatmağa başlayıb. Rəssam 2011-ci ildə bu yana Suriyanın həyatından 25 mindən çox kompozisiya yaradıb. Əsərlərini satmır.

Bunu bir dolanışıq qaynağı olaraq görmədiyini söyləyir: "Əvvəlcə bir insanam. Savaş mənə çox acı yaşatdı. Bəzən gecələri yata bilmirəm. Tək təsəllim bu işlərimdir. Bu səbəblə bir dolanışıq qaynağı olaraq görmürəm. Sevgi, ümid, kədər kimi bütün duyğularımı daşlarla paylaşıram.”

Badrın indi ən böyük xəyalı əsərlərini bütün dünyaya göstərə bilmək üçün bir sərgi açmaq və buradan əldə edəcəyi gəliri müharibənin qurbanlarına bağışlamaqdır.

azadliq.info