:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Salyan məscidində neftlə işləyən 70 kq ağırlıqda çıraq saxlanılır - VİDEO

Font

Salyan məscidlərinin birində 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır. Azərbaycanda iki belə çırağın olduğu deyilir. Vaxtı ilə bu çıraqlardan həm də məsciddə istilik sistemi kimi istifadə olunub. Bu günümüzə kimi qorunaraq saxlanılan bu çıraq məscidə gələnlərin də marağına səbəb olur.

Bu nadir çıraq Salyanda Mirəşrəf ağa məscidində saxlanılır. Uzunluğu bir metr, ağırlığı 70 kiloqram olan çıraq şimal qonşumuz Rusiyada istehsal edilib. Mirəşrəf ağa məscidi 110 il bundan əvvəl xeyriyyəçi usta Hacı Tağı bəy tərəfindən tikilib istifadəyə verildikdən sonra bu çıraq məscidə bağışlanıb.

Çıraqdan ötən əsrin 50-ci illərinə kimi istifadə olunub. Çıraq yalnız neftlə işlədilib. Çırağı neftlə doldurmaq üçün xüsusi qaldırıcı mexanizmdən istifadə olunub.

Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, cıraqdan təkcə işıqlandırma kimi deyil, həm də istilik sistemi ki istifadə olunub. Xüsusi ilə məscid qış aylarında soyuq olduğundan çıraq aşağı salınar, bura gələnlər ətrafına toplaşaraq istisinə qızınıblar. Məsciddə buna oxşar bir neçə kiçik həcmli çıraq da olub. Deyilənlərə görə, bu nadir çıraqdan yalnız Azərbaycanda iki ədəd var ki, bunlardan bir də Mirəşrəf ağa məscidində tarixi bir əşya kimi bu günümüzə kimi hələ də qorunub saxlanılır.