:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda təbiət hadisəsi - Kiçik çillə çıxdı - Novruz çərşənbələri başlayır

Font

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı” – kiçik çillə çıxır.

Modern.az-ın məlumatına görə, xalq təqviminə görə, "qışın oğlan çağı” – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay”a verir.

Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlamışdı. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Və elə geridə buraxdığımız günlərdə bunu əyani şəkildə hiss etdi…

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "boz ay” adlanır. 

Yəni, dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. 

Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.

Qeyd edək ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.


AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.


Qeyd edək ki, fevralın 21-i Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbədir.