:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu pələnglər əslində xəstədir - VİDEO

Font

İnternetdə son günlər paylaşılan şişman pələnglərin əslində xəstə olduqları məlum olub



Bizimyol.info xəbər verir ki, şimal-şərq Çinin Harbin şəhərindəki zooparkda olan Sibir pələngləri həddindən artıq şişmandırlar. 

Zooparkda çəkilən şəkillər son günlər internet aləmində geniş müzakirəyə səbəb olub. 

Sibir pələnglərinin təbiətdə daha çox hərəkətli olduqları və bu səbəbdən də şişmanlama problemlərinin olmadığı bilinir. Lakin Çinin Harbin şəhərindəki zooparkda pələnglər həddindən artıq şişmandırlar.


Çox kiçik məkanda uzun müddətdir yaşayan Sibir pələngləri, hərəkət edə bilməyəcək səviyyədə şişmanlaşıblar.

 
Görüntülərin yayılmasından sonra zooparkın səlahiyyətli şəxsləri pələnglərin qış aylarında belə kökəlməsinin normal hal olduğunu deyiblər. Lakin "Born Free" fondu səslənən fikirlərlə razı deyil. 

Fondun sədri Will Travers pələnglərin bu vəziyyətə düşməsinin səbəbini normal qidalanmamaqda görür: "Bu pələnglər həddindən artıq kökdürlər. Bu da pis qidalanma, təbii olmayan həyat şəraiti və davamlı olaraq qəfəsdə qalmaqla əlaqədardır".