:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məşhurlar haqda bilmədiyiniz faktlar - dülgər, striptizçi, ətir satan...

Font

Axşam.az xarici KİV-ə istinadən təsadüfən məşhurlaşan aktyorlar haqda məlumat verir:

1. Çenninq Tatun – kasıb ailədə böyüyüb. Satıcı, fəhlə, hətta, streptizçi kimi çalışıb. Gecə şoularının birində streptiz göstərərkən rejissorlardan birinin diqqətini cəlb edən Tatun ilk dəfə "Bir addım irəli” filminə dəvət olunub və bundan sonra onun ulduzu parlayıb.



2. Mel Gibson – universitetdə oxumaq üçün ailəsi ilə birgə Avstraliyaya köçüb. Bir gün dostu Meldən onu "Dəli Maks” filminin kastinqinə aparmağı xahiş edir. Həmin vaxt da Gibson barlardan birində dava etmişdi və üzü yarılmışdı. Çəkiliş meydancasına dostunu gətirən Melin ağlına da gəlməzdi ki, onun bu görünüşü rejissoru cəlb edəcək. 



3. Xarisson Ford – dülgər kimi fəaliyyət göstərib. Bir dəfə kinostudiyada qapıları dəyişməyə gedərkən "Amerikalı qraflar” filminin çəkilişlərinə təsadüf edir. Rejissor kənardan film üçün baş rolda oynayacaq aktyorun Ford olduğunu deyir. Aktyorluqdan anlayışı olmayan Xarissonun ilk kadrları montaj edilərək verilirdi.



4. Conni Depp – bu gün aktyor olmasaydı, yəqin ki, rok ifaçısı kimi tanınardı. 15 yaşından musiqi ilə məşğul olub. Gənc yaşlarında içki və narkotik aludəçisi olan Conni 20 yaşında qrim ustası Lori En Ellisonla ailə qurur. Lori onu Nikolas Keyc ilə tanış edir və aktyor Deppi "Vyazov küçəsində dəhşət” filminin kastinqinə gətirir. Conni həmin filmdə baş rolda çəkilir.



5. Alen Delon – dəcəlliyi ucbatından məktəbdən qovulub. Təyyarəçi olmaq istəsə də, bu da yerinə yetməyib. Bir müddət barda işləyib və orada da fəaliyyəti uzun sürməyib. Daha sonra yaraşıqlı olduğunu bildiyi üçün Hollivuda getmək və filmlərə çəkilmək istəyir. Lakin rejissor İvom Alleqre ona vətənində qalmağı və orada ulduz olmağı məsləhət görür, onu ilk filminə çəkir.



6. Ceyson Steytem – uzun illər Britaniyada suya tullanma yarışlarında iştirak edib. Lakin bundan pul qazana bilmədiyi üçün küçələrdə aksessuar və ətirlər satıb. Bununla ətir firmalarından birinin diqqətini cəlb edib. Həmin şirkətin köməkliyi ilə məşhur rejissor Qay Rici ilə tanış olub və bundan sonra şöhrət qazanıb.