:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Möhtəşəm yüz il"i unutduracaq serial başlayır - video

Font

"TRT" kanalında efirə gedəcək "Payitaht Abdülhamid"in efir vaxtı bəlli olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial fevralın 24-dən etibarən hər cümə günü efirə gedəcək.

Osmanlı İmperatorluğununun "Ulu Hakan" adıyla tanınan sultanı Əbdülhəmidin həyatından bəhs edən serialın ilk seriyasının treyleri də artıq təqdim olunub.

"Möhtəşəm yüz il"ə rəqib olacağı deyilən "Payitaht Abdülhamid"in rejissoru "Kurtlar Vadisi"ni də bir müddət ekranlaşdıran Serdar Akardır. Ekran işinin baş rolunda isə son olaraq "Babam ve ailesi" və "Son destan" layihələrində yer alan Bülent İnal çəkilib.